25 oktyabr 2024 09:13
334

Şəmkirdə üzərinə beton düşən 24 yaşlı oğlan ölüb

Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

Rayonun Qədimqala kənd sakini, 2000-ci il təvəllüdlü Anar Məşədiyevin üzərinə yaşadığı evin həyətində beton plitənin düşməsi nəticəsində ölüb.

Faktla bağlı Şəmkir rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

"Report"