“Su problemi qalıcı, həlli tapılmayan problemlərdən biridir”.
“İki sahil” xəbər verir ki, bu barədə “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında Qvadalup adasının UPLG təşkilatının Baş katibinin müavini M.Florent deyib.
“Biz bir zamanlar çirkli yağış təmizləyib istifadə edirdik. Ancaq bu heç də bizim su ilə bağlı problemlərimizi həll etmədi. Bizim içdiyimiz sular xlorodikon maddəsi ilə zəhərlənmişdi və sularımız hal-hazırda zəhərlidir, hətta kənd təsərrüfatına da yararsızdır. Bizim ölkə banan ixracı ilə məşğuldur. Biz bu sudan istifadə etdiyimiz üçün təsərrüfatlarımız zəhərlənir”, - UPLG-nin baş katibinin müavini bildirib.
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər