Şirvan şəhərində 15 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Fərhad Xəlilov həbs edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb:
"Saxlanılan şəxs zərərçəkənlərin etibarından sui-istifadə edərək onlara yüksək məvacibli işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verib. F.Xəlilov ümumilikdə 15 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. F.Xəlilov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər".
Uğurun qiyməti hədiyyə ilə ölçülür: Valideynlərin mükafat vədləri uşaqlara necə təsir edir?
Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub
Müəllimlərin işə qəbulu müsabiqəsində ümumi vakansiya seçiminin nəticələri açıqlanıb