Cəbrayıl rayonunun Əmirvarlı kəndi ərazisindən "Shacman" markalı yük maşınının qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxslər, əvvəllər məhkum olunan Eldar Babayev və Elçin İsmayılov saxlanılıblar:
"Onlar avtomobili qazanc əldə etmək məqsədi ilə qaçırdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir".
Uğurun qiyməti hədiyyə ilə ölçülür: Valideynlərin mükafat vədləri uşaqlara necə təsir edir?
Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub
Müəllimlərin işə qəbulu müsabiqəsində ümumi vakansiya seçiminin nəticələri açıqlanıb