Tovuzda bəyin qəza törətməsi nəticəsində xəsarət alanların adları məlum olub.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanlar rayonun Düz Qırıxlı kənd sakinləri 2000-ci il təvəllüdlü Şahlar Namazlı və 2001-ci il təvəllüdlü Natiq Qurbanovdur.
AZƏRTAC-ın məlumatına görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb. Hərəkətdə olan "Chvrolet" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə qəzaya düşən bəy avtomobili olub.
Bildirilib ki, bəy də xəsarətlər alıb.
***
Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Rayonda toy mərasimindən qayıdan şəxslər avtomobil qəzasına uğrayıblar.
Hadisə zamanı azı 4 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"