04 noyabr 2024 09:32
252

Bakıda motosiklet piyadanı vuraraq öldürüb

Bakıda motosikletin iştirakı ilə yol qəzası olub.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Səbail rayonu, 20-ci sahə dairəsində qeydə alınıb.

Bayram Ağalarlı idarə etdiyi "Bajaj" markalı motosikletlə yolu keçən piyada Adəm Əliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.