04 noyabr 2024 12:03
385

Mübariz Qurbanlı: ABŞ öz məqsədlərinə sanksiyalarla çatmaq istəyir

ABŞ dünyada ən çox sanksiya tətbiq edən ölkə olaraq öz məqsədlərinə çatmaq istəyir.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Mübariz Qurbanlı "Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda keçirilən dəyirmi masada söyləyib.

Onun sözlərinə görə, ABŞ-ın haqsız olaraq tətbiq etdiyi 907-ci düzəlişin qəbul edilməsi erməni lobbisinin təsirinin və Amerikanın geosiyasi baxışlarının nəticəsidir.