15 noyabr 2024 01:26
93

Kariyes və ürək problemləri

"Rossiya 1" telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişində sağlamlıqla bağlı maraqlı bir fakt açıqlanıb. Rusiyalı reabilitasiya həkimi Sergey Aqapkin kariyes və ürək problemlərinin əlaqəsindən danışıb.

Həkimin sözlərinə görə, müalicə olunmayan kariyeslə bərabər yaranan infeksiya ürək-damar sistemində xroniki iltihabi proseslərə, o cümlədən ürəyin zədələnməsinə səbəb olur. Buna görə də diş müalicəsi üçün çox gecikməməlisiniz.

Ekspert dişləri qorumaq üçün elektrik diş fırçasından da istifadə etməyi məsləhət görüb. O, adi fırçalardan daha təsirlidir. Çünki bir saniyədə o qədər çox hərəkət edir ki, insan bir dəqiqədə dişləri çətinliklə o qədər fırçalaya bilər.

Nubar Süleymanova, “İki sahil”