İqlim dəyişmələrinə qarşı mübarizə aparmaq və bu problemin həllinə nail olmaq üçün parlamentin fəaliyyətini gücləndirməyə çalışırıq.
“İki sahil” xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu Bakıda COP29 Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
O aparılan müzakirələrə, iqlim fəaliyyətinə sadiq olduqlarını bildirib: “Biz sizin gətirdiyiniz anlayışın dərinliyini qəbul edirik. Bununla yanaşı, iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq və həllinə nail olmaq üçün parlamentin imkanlarını və fəaliyyətini gücləndirməyə çalışırıq. Biz bunun üçün birlikdə işləyirik".
Baş katibin sözlərinə görə, iqlim böhranı kontekstində həm ətraf mühiti, həm də gələcək nəsillərin rifahını qoruyan siyasi xətt tutulmalıdır.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir