COP29 çərçivəsində keçirilən Parlament Görüşündə Azərbaycan Respublikasının Milli Məclisi ilə Qlobal Tolerantlıq və Sülh Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Qlobal Tolerantlıq və Sülh Şurası tərəfindən isə qurumun sədri Əhməd Məhəmməd Əlcərvan imzalayıblar.
Qeyd edək ki, Anlaşma Memorandumu 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günündə imzalanıb. 1995-ci il noyabrın 16-da UNESCO-nun Baş Konfransında “Tolerantlıq prinsipləri Bəyannaməsi” qəbul edilib və bu tarix Beynəlxalq Tolerantlıq Günü elan olunub.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir