COP29 çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyannaməsi qəbul edilib.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
S.Əsədov bildirib ki, bəyannaməyə əsasən, ölkələr kosmosla bağlı strategiya və proqramlarını vahid çərçivəyə gətirməyə çalışacaqlar:
"O cümlədən, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərlə bağlı təcili birgə səylər göstərərək həmin yerlərə yardımlarını çatdırmağa çalacaqlar. Bəyannamənin digər mövzusu odur ki, kosmik agentliklər ekologiya, iqlim dəyişikliyi ilə bağlı təşkilatlar, vətəndaş cəmiyyətləri ilə işlərini daha da altivləşdirib onların ehtiyaclarını daha dərindən başa düşmək və peyklərlə əldə etdikləri məlumatları son istifadəçiyə daha sərbəst və rahat şəkildə çatdırmağa çalışmalıdır".
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir