Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğulayıb, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırladıb.
Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlət başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirib.
Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd edib.
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA