Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 19-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Bakıda davam edən COP29-un əhəmiyyəti vurğulanıb, konfrans çərçivəsində iqlim dəyişikliklərinin sağlamlığa təsirlərinin azaldılması ilə bağlı müxtəlif tədbirlərin keçirildiyi qeyd edilib.
Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin ÜST-ün prioritet istiqamətləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.
Söhbət zamanı səhiyyənin müxtəlif sahələrində, o cümlədən iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA