2024-cü ilin oktyabr ayının 1-nə işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı açıqlanıb.
"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı 49 min 951 nəfər təşkil edib.
Cari ilin 1 oktyabr tarixinə bu ərazilərdə ən çox muzdla çalışan işçilərin sayı Ağdamda (12 766 nəfər) və Füzulidə (9406 nəfər) olub.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı Xankəndi və Ağdərədə qeydə alınıb. Belə ki, hesabat dövründə Xankəndidə orta aylıq nominal əməkhaqqı 1771.4 manat, Ağdərədə isə 926.2 manat təşkil edib.
Aşağıdakı cədvəldə azad edilmiş ərazilərdə cari ilin 1 oktyabr tarixinə muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı məbləği verilib.
İİTKM və TDT-nin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilir
Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb
Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb
“AzərEnerji” və “TotalEnergies” arasında əməkdaşlıq məsələləri müzakirə olunub