Azərbaycan dünyada ən yüksək qazlaşdırma səviyyəsinə malik ölkələrdən biridir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Hazırda ölkədə qazlaşdırma səviyyədi 96,5 %-dir. Qazlaşdırmanın ən zəif olduğu yerlər daha çox ucqar, dağlıq kəndlərdir ki, bunun da aradan qaldırılması üçün işlər aparılır", - deyə o qeyd edib.
Bundan başqa, nazir müavininin sözlərinə görə, Azərbaycan gələn ilə çox yaxşı makroiqtisadi şəraitdə daxil olmaqdadır.
"Ortaya çıxan suallara vaxtında cavablar verilir. Bu suallar həmişə olduğu kimi insanlarımızın rifah halının yaxşılaşdırılması istiqamətindədir, müəyyən təkliflərlə bağlıdır. Bunların hər biri müsbət istiqamətdə həllini tapır", - deyə o əlavə edib.
İİTKM və TDT-nin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilir
Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb
Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb
“AzərEnerji” və “TotalEnergies” arasında əməkdaşlıq məsələləri müzakirə olunub