Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4 433 ədəd minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 057 ədəd və ya (86.6%) çoxdur.
Ötən ilin 10 ayında ölkədə 2 376 ədəd minik avtomobili istehsal edilmişdi.
Hesabat dövründə Azərbaycanda yük avtomobillərinin istehsalı isə 399 ədəd olub. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 92 ədəd və ya (30%) çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında ölkədə 307 ədəd yük avtomobili istehsal olunub.
"Trend"
İİTKM və TDT-nin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilir
Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb
Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb
“AzərEnerji” və “TotalEnergies” arasında əməkdaşlıq məsələləri müzakirə olunub