05 dekabr 2024 13:31
326

Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü planlaşdırılmayıb

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin - Ararat Mirzoyan və Ceyhun Bayramovun ATƏT Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində görüşü planlaşdırılmayıb.

“İki sahil” Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, ATƏT XİNŞ-nin 31-ci iclası dekabrın 5-6-da Maltada keçirilir.