Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov andorralı həmkarı İmma Tor Fausla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilir.
Tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.
Onlar ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi üçün siyasi dialoqun və müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Vüqar Rəhimzadə: Dayanıqlı media mühitinin yaradılması bütün dövrlər üçün öz aktuallığını qoruyur
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır