06 dekabr 2024 13:05
359

Türkiyənin 60-dan çox deputatı Azərbaycana səfər edəcək

Türkiyənin Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfər edəcək.

“İki sahil” xəbər verir ki,  “Report”a bu barədə TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onlar sabah Azərbaycanın Milli Məclisinin 106 illiyi ilə bağlı “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər.

Daha sonra türkiyəli deputatlar Qarabağa – Şuşa və Xankəndiyə səfər edəcəklər.