Azərbaycan süni intellektə sərmayə qoymağı strateji məqsəd kimi müəyyənləşdirib.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev VIII İstanbul İqtisadiyyat Zirvəsində deyib.
O bildirib ki, hazırda Azərbaycan süni intellekt sektorunda 600 şirkəti dəstəkləyir: “2040-cı ilə qədər süni intellekt sektorunda 40 milyard ABŞ dollarlıq əlavə dəyər yaratmağı hədəfləyirik. Bu da, illik 2,5 milyard ABŞ dolları deməkdir”.
E. Əliyev qeyd edib ki, süni intellekt məhsuldarlığı artıracaq və işqüvvəsinin davamlılığını qoruyacaq: “Süni intellekt sahəsində əməkdaşlığımızı artırmalıyıq".
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri