Bu həftə bələdiyyə seçkiləri ilə bağlı səsvermə vəsiqələri Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına veriləcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiqlədiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, MSK səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrini səsvermə gününə azı 45 gün qalanadək DSK-lara verməlidir.
Təqvim Planında bu tarix 2024-cü il dekabrın 15-dək nəzərdə tutulub.
Azərbaycan ilə Küveyt arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər