09 dekabr 2024 16:35
419

Bələdiyyə seçkilərində 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının dekabrın 9-da keçirilən iclasında məlumat verilib.

Bildirilib ki, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.