Mərkəzi Seçki Komissiyası 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov Komissiyanın dekabrın 9-da keçirilən iclasında söyləyib.
O qeyd edib ki, layihənin reallaşdırılmasında və nəşrin hazırlanmasında başlıca məqsəd bələdiyyə üzvü seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onlara metodiki yardım göstərmək, onların məlumatlılığını artırmaq və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.
“Nəşrdə bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun proseduralar, atılmalı addımlar, sənədlərin təqdim olunması üçün Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş müddətlər və qaydalar, eləcə də qeydə alınmış namizədlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib”, - deyə R.Qasımov bildirib.
MSK sədrinin müavini onu da əlavə edib ki, Seçki Məcəlləsinin və MSK-nın təsdiqlədiyi normativ xarakterli aktlar əsasında hazırlanan “Namizədlər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, həmçinin Komissiyanın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
Azərbaycan ilə Küveyt arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər