10 dekabr 2024 10:33
541

Elnur Məmmədov: Ermənistan 30 ildən çoxdur öz sərhədlərini dəqiq müəyyənləşdirməyib

Ermənistan hökuməti 30 ildən çoxdur öz sərhədlərini dəqiq olaraq müəyyənləşdirməyib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında dövlətçiliyin əsaslarının müstəqilliyin elan edilməsi, xalqın milli hədəflərini ehtiva etməsi qeyd olunub:

"Qarabağın Ermənistanın bir hissəsi olması Ermənilərin milli ideologiyasıdır. İkinci Qarabağ müharibəsindən sonra də bu məsələlər öz həllini tapmayıb".