Bu ilin yanvar-noyabr aylarında Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 211,7 milyon manat güzəştli kredit verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 % çoxdur.
Bildirilib ki, güzəştli kreditlər 5 144 layihənin maliyyələşdirilməsinə ayrılıb.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi 20 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı aiddir.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub