İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali ilə videokonfrans formatında görüş keçirib.
“İki sahil” İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, görüşdə Azərbaycanın Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinə töhfəsi, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır. Tərəflər energetika sektorunda birgə layihələrin həyata keçirilməsi, ticarət, investisiya, sənaye, infrastruktur sahələrində əməkdaşlıq potensialından istifadə ilə bağlı məsələləri müzakirə ediblər.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub