Azərbaycanda radio stansiyaların sayı 19-a çata bilər.
“İki sahil” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov "Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı" adlı tədbirdə bildirib.
O qeyd edib ki, son 4-5 ildə radio stansiyaların sayı 2 dəfə artırılıb: "Artıq 2 ədəd radio tezliyi tenderdədir. Tenderi uğurlu keçsələr, Azərbaycanda stansiyaların sayı 19-a çatacaq. Təxminən 5 il əvvəl bu göstərici 10-11 idi. Biz faktiki olaraq radio stansiyaların sayını 2 dəfə artırdıq".
"Hazırda radio stansiyaları ümumölkə xarakteri daşıyırır. Əvvəllər bu sahədə bölgələrdə böyük problemlər olurdu. İnsanlar bizə cəmi 1-2 stansiyaya çıxışlarının olduğu ilə bağlı müraciət edirdilər. Amma hazırda ölkədə 15 radio stansiya fəaliyyət göstərir. Hazırda vətəbdaşların bununla bağlı geniş seçim imkanları var", - deyə İ.Səttarov əlavə edib.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub