Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard 390,9 milyon ABŞ dolları artıb.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə xalis maliyyə aktivlərində 345,1 milyon ABŞ dolları azalma olub.
9 aylıq artım xaricə yönəldilmiş birbaşa investisiyaların 584 milyon ABŞ dolları artması (illik müqayisədə 3 dəfə az), portfel investisiyalarının 724,5 milyon ABŞ dolları artması (9,6 dəfə çox), digər investisiyaların isə 82,4 milyon ABŞ dolları artması (1 il bundan əvvəl azalma olub) hesabına baş tutub.
Süni intellekt Azərbaycanın yeni inkişaf mərhələsinin hərəkətverici qüvvəsi kimi
"Fitch": SOCAR-ın İtaliyanın IP şirkətinə yiyələnməsi onun beynəlxalq biznes mövqeyini gücləndirəcək