Cari ilin yanvar-noyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 993 milyon manata yaxın vergi daxil olub, proqnoza 104,1 faiz əməl edilib.
“İki sahil” xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, ödənilən vergilərin 68,6 faizi qeyri-neft-qaz sektorunun, 31,4 faizi isə neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 286,2 milyon manatdan artıq olub, dövlət büdcəsinə proqnozdan əlavə 292 milyon manatdan çox vəsait ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 14,1 faiz artıb.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri