Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1 milyon 998,9 min nəfər olub.
"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 33 %, Rusiya Federasiyasına gedənlərin sayı 13,4 %, Gürcüstana gedənlərin sayı 13 %, Türkiyəyə gedənlərin sayı 9,9 % artıb.
Azərbaycan vətəndaşlarının 41,4 %-i Türkiyəyə, 20,6 %-i Rusiya Federasiyasına, 8,7 %-i Gürcüstana, 8,6 %-i İrana, 20,7 %-i digər ölkələrə səfər edib.
Gedənlərin 63,9 %-ini kişilər, 36,1 %-ini qadınlar təşkil edib.
11 ayda xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,5 %-i hava, 28,4 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub