16 dekabr 2024 11:40
311

Naxçıvan MR üçün nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır

Naxçıvan Muxtar Respublikasına (MR) dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır.

“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, eyni məbləğdə vəsait Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir.