Növbəti il və ortamüddətli dövr üçün büdcə siyasəti əsas hədəflər, həmçinin Prezidentin Hökumət qarşısında qoyduğu əsas prioritet vəzifələr nəzərə alınmaqla hazırlanıb.
“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Baş nazir əsas prioritet vəzifələr sırasında ölkənin hərbi-müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməs, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketinin həyata keçirilməsi, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin olunması və Naxçıvan Muxtar Respublikasının Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını qeyd edib: “Beləliklə, büdcənin hazırlanması zamanı cari vəzifələr, milli inkişaf məqsədlərinə nail olmaq üçün prioritet xərc istiqamətləri və yeni layihələrin uğurlu həyata keçirilməsi üçün büdcədə zəruri maliyyə təminatı yaradılıb”.
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL
YAP-ın dövlətçilik missiyası: güclü iqtisadiyyat, həmrəy cəmiyyət, qüdrətli dövlət
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
YAP VIII Qurultayı: Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin yeni mərhələsi
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA