UNESCO baş direktorun müavini Firmin Eduard Matoko Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyini ziyarət edərək, "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.
“İki sahil” xəbər verir ki, F.Matoko Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ilə görüşüb.
O, faciə ilə əlaqədar təmsil etdiyi beynəlxalq qurum adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik
Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər