Dekabrın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının onlayn formatda növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.
İclasda “YAP Təftiş Komissiyasının 2025-ci ilin I yarımilliyi üzrə iş planı”, “YAP Təftiş Komissiyasının 2025-ci il ilin birinci yarımilliyi üzrə YAP yerli təşkilat aparatlarında Auditorlar Palatasının mütəxəssislərinin iştirakı ilə təftişin aparılmasına dair təftiş cədvəli” və cari məsələlər müzakirə olunub.
YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik
Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər