Almaniya Prezidenti Frank-Valter Ştaynmayer təyyarə qəzasının araşdırılmasında sürətli irəliləyişə nail olunacağına ümid etdyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniya dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda qeyd olunub.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı xəbəri böyük kədərlə oxudum. Sizə və Azərbaycan xalqına səmimi başsağlığı və həmrəyliyimi ifadə etmək istəyirəm. Bu ağır saatlarda fikirlərim ailə üzvlərini və dostlarını itirənlərlədir. Yaralananlara tezliklə və tam sağalmağı arzu edir, bu faciənin araşdırılmasında sürətli irəliləyişə nail olunacağına ümid edirəm", - məktubda vurğulanıb.
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik
Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər