"Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur".
“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirilib.
Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
XİN rəsmisi deyib ki, nümayəndə heyəti keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçirib:
"Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Bildiyiniz kimi, Azərbaycanın Suriyada səfirliyi 2012-ci ildən fəaliyyət göstərmir. Hazırda Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunur".
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik
Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər