Ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46146 nikah və 19597 boşanma halları qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2024-cü ilin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinin məcmuəsində öz əksini tapıb.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.