Azərbaycanın qadınlardan ibarət millisinin futbolçusu Alina Dorofeyeva Rusiya Superliqası təmsilçisi "Rubin"ə transfer olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Superliqanın mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, milli üzvü son mövsümü digər Superliqa təmsilçisi "Yenisey"də keçirib. O, meydana çıxdığı 24 oyunda 2 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Aleksandr Vinokurov: İlk iki gün ərzində gördüklərimə əsasən heç bir irad bildirə bilmərəm
Yevgeni Fyodorov: Bizim komandada əsas məqsəd komandadan kiminsə qalib gəlməsi idi
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb