Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev yeni turnirdə iştirak edəcək.
“İki sahil” xəbər verir ki, 35 yaşlı idmançı bu barədə rəsmi "X" hesabında paylaşım edib.
Musayev "Global Fıght League"də mübarizə aparacaq. O, paylaşdığı postda "yeni səyahət, eyni məqsəd" yazıb.
Qeyd edək ki, Tofiq Musayev son olaraq "Rizin" Döyüş Federasiyasında mübarizə aparıb. O, dekabrın 31-də Yaponiyadakı "Saitama Super Arena"da braziliyalı rəqibi Roberto Satoşi Souzaya uduzub.
Yevgeni Fyodorov: Bizim komandada əsas məqsəd komandadan kiminsə qalib gəlməsi idi
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb