Türkiyənin "Qalatasaray" klubu braziliyalı futbolçu Emerson Royalın transferi üçün İtaliya təmsilçisi "Milan"la danışıqlara başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
"Sarı-qırmızılar"ın 26 yaşlı cinah müdafiəçisini heyətinə qatmaq istədiyi bildirilib. İtalyanlar isə bu mövqe üçün "Mançester Siti"dən Kayl Uokeri transfer etməyə yaxındır.
Qeyd edək ki, Emerson Royal 2024-cü ilin avqustundan Milan klubunun formasını geyinir.
Yevgeni Fyodorov: Bizim komandada əsas məqsəd komandadan kiminsə qalib gəlməsi idi
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb