“Aston Villa”nın müdafiəçisi Dieqo Karlos “Fənərbaxça”ya keçir.
“İki sahil” xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi bu axşam İstanbula uçacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Transfer məbləği 10 milyon avrodan çox olacaq.
Qeyd edək ki, Dieqo Karlos 2022-ci ilin iyulunda “Sevilya”dan “Aston Villa”ya keçib. Braziliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 17 oyunda meydana çıxıb.
Yevgeni Fyodorov: Bizim komandada əsas məqsəd komandadan kiminsə qalib gəlməsi idi
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb