"Portu" baş məşqçisi Vitor Bruno ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
42 yaşlı portuqaliyalı ilə müqavilə qeyri-qənaətbəxş nəticələrə görə ləğv edilib.
Komandanın baş məşqçi vəzifəsini müvəqqəti olaraq Xose Tavares yerinə yetirəcək.
Qeyd edək ki, Vitor Bruno ötən ilin yayından “Portu”ya rəhbərlik edirdi. 18 turdan sonra komanda Portuqaliya liqasında 40 xalla 3-cü pillədə qərarlaşır.
"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb
Malayziyada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş FIDE reytinqli sürətli şahmat turniri keçirilib