Türkiyənin “Qalatasaray” komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
“İki sahil” xəbər verir ki, Okan Burukun kollektivi VII turda doğma meydanda Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) qəbul edib. “Rams Park”da təşkil olunan qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Görüşü estoniyalı baş hakim Kristo Tover idarə edib.
Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Qalatasaray” 5-ci pilləyə yüksəlib. İlk xalını qazanan “Dinamo” isə sonuncu – 36-cı yerdədir.
"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb
Malayziyada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş FIDE reytinqli sürətli şahmat turniri keçirilib