Hazırda Azərbaycan və İran iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edirlər.
“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana ünvanlandığı təbrik məktubunda deyib.
Dövlət başçısı qeyd edib ki, iki ölkə arasındakı qarşılıqlı fəaliyyətin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.
“İnanıram ki, iki ölkənin rifahı, bölgənin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edəcək və möhkəmlənəcəkdir”, - məktubda vurğulanıb.
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub VİDEO