Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında xələfi Elmar Məmmədyarova söz atıb.
“İki sahil” xəbər verir ki, Zülfüqarov Məmmədyarovun Rusiyanın maraqlarına xidmət göstərməsinə eyham vurub.
“Dünən gözlənilmədən ARB-24 telekanalı məni Elmar Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin yutub kanalında məni əvəz edəcək... Ah, “Rus evi”, sən necə də çoxüzlüsən”, - deyə, Tofiq Zülfüqarov bildirib.
Qeyd edək ki, sabiq nazirlər fevralın 24-ü ARB-24 telekanalında “Nə baş verir?” adlı verilişə videozənglə qoşulublar. T.Zülfüqarov, həmçinin gürcü bloger G. Vasadzenin kanalında ekspert kimi vaxtaşırı çıxışlar edir.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir