Birləşmiş Krallığın “Prospex Oil and Gas” investisiya şirkəti Polşada qazılan “Boleslaw-1” quyusunu sementləyərək tərk edib.
Buna səbəb şirkətin quyuda istədiyi nəticəni əldə edə bilməməsidir. Quyuda nəzərdə tutulan karbohidrogen təzahürlərinə rast gəlinməyib. Quyu keçən ilin dekabr ayının 10-da qazılıb və ümumi dərinliyi 1550 metr təşkil edir.
“İki sahil” beaufortsecurities.com saytına istinadən xəbər verir ki, “Santonian” qumdaşlarını hədəfə alan “Boleslaw-1” quyusunun 1333m və 1375m dərinliyində palçıq qatı aşkar olunub. Məhz bu uğursuz nəticədən sonra şirkət quyunu sementləyərək tərk edib. Quyu “Kolo” lisenziyasında yerləşir və lisenziyada “Prospex” 49%, “Hutton Energy” 30% və “Grand Gulf Energy Limited” 20% paya sahibdir. “Prospex” şirkətinin icraçı direktoru Bill Smith “Boleslaw-1” quyusunun cədvəl və büdcə üzrə təhlükəsiz şəraitdə qazılsa da, əməliyyatların uğursuzluqla nəticələndiyini bildirib.
Qeyd edək ki, “Boleslaw” bu böyük lisenziyada qazılan amma karbohidrogen aşkar olunmayan ilk quyudur.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb