Aprelin 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şura üzvlüyünə növbəti seçki keçirilib.
“İki sahil” xəbər verir ki, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə keçirilən seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. Səsvermədə namizədliyi qeydə alınmış şəxslərdən ən çox səs toplamış 7 nəfər İctimai şuraya üzv seçilib.
Nəticədə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiyanında İctimai şuranın tərkibi aşağıdakı kimi formalaşıb:
Qeyd edək ki, Seçkinin təşkili məqsədilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və seçkinin keçiriləcəyi ilə bağlı elan verilib. İctimai şuraya üzv olmaq üçün 14 nəfərin namizədliyi təsdiq edilib. Seçki Komissiyasının protokoluna əsasən şuraya üzvlüyün say həddi 7 olaraq təsdiq edilib.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şuranın səlahiyyət müddəti iki ildir.