29 aprel 2025 18:50
137

Azərbaycan ilə Cibutinin əlilliyi olan şəxslər təşkilatları Əməkdaşlıq Memorandumu imzalayıblar

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının Təsis Konfransı çərçivəsində Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı ilə Cibutinin Əlilliyi olan Şəxslər Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, Memorandumu Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və Cibutinin Əlilliyi olan Şəxslər Agentliyinin baş direktoru, Cibuti dövləti prezidentinin müşaviri Doualeh Said Mahamoud imzalayıblar.

Memorandum tərəflərin sosial məsuliyyətlərinin artırılması, vətəndaş cəmiyyətinin güclənməsi üçün imkanların yaradılması, sosial məsələlərin həllində birgə səylərin təmin edilməsi və dayanıqlı inkişafın təmin edilməsi sahəsindəki səylərə kömək məqsədilə bağlanılıb.

Tərəflər Azərbaycan və tərəfdaş təşkilatın ölkəsində qeyri-hökumət təşkilatlarının inkişafına yönəlmiş strateji məqsədlərə nail olmaq və onların cəmiyyətə töhfələrini artırmaq üçün əməkdaşlıq edəcəklər. Əməkdaşlıq çərçivəsində layihələrinin həyata keçirilməsi, təlim və maarifləndirmə tədbirlərinin təşkili, vətəndaşların hüquqi və sosial biliklərinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslərin həyata keçirilməsi ilkin prioritetlərdən ibarət olacaq.