12 may 2025 15:09
145

“Sumqayıt” Vaqif Cavadovla yollarını ayırıb

“Sumqayıt” baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.

“İki sahil” xəbər verir ki,  klubdan verilən məlumata görə, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

V. Cavadov bundan sonra klubdakı komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.