Mayın 11-də Dənizkənarı bulvar ərazisində yerləşən Avropa oyunları parkında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3x3 basketbol idman növü üzrə turnir keçirilib.
Bu barədə "İki sahil"ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 8 dövlət qurumunun iştirak etdiyi yarışda Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, 4 oyun keçirən FHN-in komandası yarışın yarımfinal mərhələsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin komandasını 15:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə Gənclər və İdman Nazirliyinin komandası ilə qarşılaşan FHN-in komandası 14:6 hesabı ilə qələbə əldə edərək çempion adını qazanıb.